Skip to content

Bir çox platformalar üçün əlçatandır-

Linux FreeBSD Windows
Endirmək üçün başqa yollar

Elisa - Sadə, etibarlı və istifadəsi zövqlü musiqi oynadıcı.

Elisa, istifadəsi sadə və xoş olmasına səy göstərilərək KDE cəmiyyəti tərəfindən tərtib edilmiş bir musiqi oynadıcıdır. Biz başa düşürük ki, istifadəçilərimizin fərqli iş proseslərini və variantlarını hesaba alacaq çevik bir məhsula ehtiyacımız var. Biz diqqətimizi Elisa'nın digər platformalara (digər Linix masaüstü mühitləri, Windows və Android) uyğun olması ilə bərabər Plasma iş masası ilə daha yaxşı inteqrasiya olunmasına yönəltmişik. Həmçinin istifadəçilərimizin məxfiliyinə hörmətlə, istifadəsi zövq verən etibarlı bir məhsul hazırlayırıq. Beləliklə, istifadəçilərin öz məlumatlarına nəzarət edə bildikləri onlayn xidmətləri dəstəkləməyi üstün tuturuq.

Musiqilərinizə albomlara, ifaçılara və mahnılara görə baxın

Elisa, Baloo indeksləmə dəstəyi ilə hazırlanıb ki, bu da musiqi qovluqlarındakı mahnıları və örtük rəsimlərini avtomatik olaraq tapır. Sol sütun müxtəlif görüntüləmə seçimlərindən ibarətdir: İndi səslənən, Albomlar, İfaçılar və Mahnılar.

Mahnı siyahıları yaradın və onları idarə edin

Daxili yan paneldə bütün mahnı siyahılarını idarə edin və yenisini yaradın.

Mahnı siyahısı xüsusiyyətlərinin ekran görüntüsünün saxlanılması

Ziyafət rejimi

Elisanın daxili əyləncəli rejim xüsusiyyəti ilə Ziyafət rejimini açın.

Elisanın Ziyafət rejiminin görüntüsünün saxlanılması

Qaranlıq / İşıqlı mövzular

Elisa'da həm İşıqlı, həm də Qaranlıq mövzular var, beləliklə rənglər sizi narahat etmədən musiqidən həzz ala bilərsiniz.

Sürətli indeksləmə

Baloo köməyi ilə Elisa bütün fayllarınızı sürətlə indekləyir və sıralayır. Elisa'nı həmçinin Baloo'suz da istifadə etmək olar.

Ekranınıza uyğunlaşır

Elisa, daha yaxşı uzlaşan, həsas və ekranınıza uyğun musiqi pleyeri olmaq üçün href="https://develop.kde.org/frameworks/kirigami/">Kirigamidən istifadə edir. Tezliklə telefonunuz üçün əlçatan olacaq!

Açıq Qaynaq

Elisa açıq qaynaq koduna sahibdir və siz qaynaq koduna baxa, düzəliş edə və onu paylaşa bilərsiniz. Elisa, pulsuz istifadə edə biləcəyiniz, yüksək keyfiyyətli layihələr hazırlayan icma olan KDE tərəfindən hazırlanmışdır. Bütün layihələrimiz!